25 MİLYON AVROYA YOX DEDİ.

Bir şərh yazın

          İspaniyanın “Real” komandasının portuqaliyalı baş məşqçisi Joze Maurinyonun fantastik təklifləri rədd etdiyi üzə çıxıb.

İspaniyanın “Marca” qəzetinin verdiyi məlumata görə, bu ilin martında milyarder Süleyman Kərimov sahibi olduğu Mahaçqalanın “Anji” klubuna rəhbərlik etməsi üçün Joze Maurinyoya 1 il üçün 25 milyon avro təklif edib. Ancaq “Real” klubundan getməyi düşünməyən Joze Maurinyo bu təklifi rədd edib, Roberto Karlos və Eto kimi futbolçuları transfer edən Süleyman Kərimov istəyinə çatmayıb.

“Marca” qəzeti yazıb ki, İngiltərənin “Manchester City” klubu da Joze Maurinyo ilə danışıq aparıb. Ancaq portuqaliyalı mütəxəssis bu klubun 20 milyon avroluq təklifini də qəbul etməyib. Türkiyənin “Beşiktaş” klubunun prezidenti Yıldırım Dəmirörən isə Joze Maurinyoya istədiyi rəqəmi yazmasını təklif edib. Ancaq Joze Maurinyo bu fantastik təklif qarşılığında da “Beşiktaş”da çalışmaq istəməyib.

“Qızıl Qrand Pri”

Bir şərh yazın

Güləşçilərimiz ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq “Qızıl Qran Pri” turnirinə hazırlıqlarını davam etdirirlər. Kişi pəhlavanlarımızla yanaşı, qadın idmançılarımız da medallara iddialıdırlar. Azərbaycan Güləş Federasiyasının yeni idman zalında məşqlərini davam etdirən qadınlardan ibarət seçmə komandamızın üzvləri “Qızıl Qran Pri” turnirinə səylə hazırlaşırlar. Əcnəbi idmançılarla birgə təşkil olunan təlim-məşq prossesində Rusiya və Böyük Britaniyadan 1, Bolqarıstnadan 2, Yaponiyadan isə 5 güləşçi iştirak edir. Komandamızın lideri Mariya Stadnik “Qızıl Qran Pri” turnirinə hazırlığın yüksək səviyyədə keçdiyini bildirdi. Turnirdə iştirak edəcək heyət tam müəyyənləşdirilməsə də məşqçilərin yarışda Mariya Stadnik, Anjela Doroqan, Yuliya Ratkeviç, Olesya Zamula, Gözəl Zutova, Anna Belyayeva, Nadya Sementsova, Natalya Palamarçuk, Zümrüd QurbanHacıyeva və Dina İvanovaya güvənəcəyi gözlənilir. Zədə səbəbindən uzun müddət yarışlardan kənar qalan Sona Əhmədlinin iştirakı isə sual altındadır. Yetirmələrinin hazırlığını qənaətbəxş hesab edən seçmə komandanın baş məşqçi Rövşən Umudov güləşçilərimizin turnirdə uğurlu nəticə qazanacaqlarına inandığını dedi. Qeyd edək ki, iyulun 8-dən 10-dək Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək “Qızıl Qran Pri” turnirində 34 ölkədən 400-ə yaxın idmançı qüvvəsini sınayacaq. Yarış “İdman Azərbaycan” telekanalında canlı yayımlanacaq.