20 yaş və 20 sentyabr

Bir şərh yazın

       Bu günüm fərqli başladı. Ya  yuxudan tez durmuşdum ya da yatmamışdım. Amma bilmədim hansı idi. Maraqlı ad günüm olmağını istəyirdim. Necə də olmasa da yubileyim-20 yaşım olurdu. Oldu, yaşım da, maraqlı ad günüm də. Facebookda təbriklər çox idi. Amma çalışdım ki, ayrı-ayrılıqda hamıya təşəkkürlər yazım. Ele bunları yazırdım, VVAAAAAUUUUU  mən yenə  həftənin  fəalı olduğum xəbərini ireli.az da gördüm. Sevindim . Doğurdan da çox sevindim,  çünki bayram-bayrama qarışmışdı. Həm ad günüm, həm İrəlidə yenə-2ci  dəfə həftənin fəalı, həm də peşəm olan Neftçi günü idi. Onu da öyrəndim ki, mənim ilə eyni gündə anadan olmuş və tanıdığım daha 3 nəfər var imiş. Mən onları da təbrik edirəm 🙂

Bu ad günümdə fərqli olaraq iki tort kəsdim. Birini bütün İrəlidə tanıdığım insanlarla, birini də evdə   ən yaxımlarım ilə. Onu da  deyim hər iki tort əla dadırdı 😛

Advertisements

AİLƏM OLSA…

Bir şərh yazın

      Ailə…. İnsan həyatında onu əvəz edən ikinci bir şey yoxdu. Amma onların ailəsi yoxdu. Günahsız uşaqlar , axı onların nə günahı var?! Onlar da  bizim kimi bir uşaq, bir insandılar . Bizim kimi dünyaya gəlib və bizim kimi yaşamalıdırlar. Ailənin olmaması söz ilə deyiləcək dərəcədə asan deyil. Bir anlığa biz özümüzü onların yerinə  qoyaq. Ana, ata deyərək kimə müraciət edərik? Problemlərimiz olanda kimdən yardım alarıq? Sevinclərimizi kim ilə paylaşarıq?  Görəsən, bizlərə  dayaq kim olar? 8  mart günü ANAM deyə kimi təbrik edərik?  Bəli. Doğrudan da çətindi. Hələ sadəcə fikirləşmək belə  çətindi.

Mən bir dəfə uşaq evində oldum. Ürəyim daxildə parça-parça oldu. Bu cür gözəl , Allahın bəxş etdiyi ən gözəl nemətlərdən biri övladlar atılarmı? Onların o simalarını gördüm. Simalarda sanki hər şey yazılmış kimi idi. Onlar güləndə daxildə ağlayırdı. Elə uşaqlar var idi ki, hey gülür, oynayırdı. Çünki onun hec nədən xəbəri yox idi. O körpə idi. Onlar ana, atalarının isti qucaqlarını görməmişdilər. Biz onları qucaqlayanda, öpəndə sanki göylərdə uçurdular və deyirdilər:

– Bir də öp.

Bu sözləri eşidəndə ətim biz-biz oldu, gözüm doldu. Onda azda olsa bildim ki, o uşaqlar nə çəkir. Ordan çıxandan sonra heç yadımdan  çıxmırdı, hey o uşağın səsi qulağımda idi.

Uşaq evi, körpələr evi, internat- bunların heç birini sevmirəm! Heç olmasınlar da ! Yalnız və yalnız AİLƏLƏR OLSUN!!!

“WeBlog”da İsmayıllı havası

Bir şərh yazın

Bu  gün mənim yadımda yaxşı qaldı . Çünki mən hələ İsmayıllıda olmamışdım. Oldum, özü də  “WeBlog” ilə.

Bakıdan səhər saatlarında  yola düşdük. Təxminən 3 saat yarım maraqlı, musiqili, sendviçli yoldan sonra İsmayıllıya çatdıq.  İlk olduğumuz məkan Heyder Əliyev Mərkəzi oldu. Mərkəz çox  maraqlı  idi. Mənim orada ən çox xoşuma gələn gənc rəssamların əl işləri idi. Onların hər biri  fərqli və qeyri-adi şəkillər çəkmişdi. Sonra H.Əliyev parkında və həmin parkda yerləşən “Tarix və Diyarşünastlıq”  muzeyində olduq. Muzeydə İsmayıllının tarixi barədə məlumat verildi, təsadüfi qazıntılar nəticəsində tapılan saxsı qablar, qədim sikkələr, silahlar və s. görmək  maraqlı idi.

Bu slaydşou üçün JavaScript lazımdır.

Daha sonra məkana, harada ki, günümüzün çox vaxtını  keçirdiyimiz  yerə gəldik. Yerin sağ tərəfi  meşə, yam-yaşıl ağaclar və ağacların arasından sərin külək  əsirdi. Sol tərəfdə balaca arx və  bu arxın  üzərində  olan tərpənən, maraqlı  bir körpü var  idi.  Hava da soyuq idi. Hamı avtobusdan düşəndə bu  məkanı, havanı görüb sanki şokda idi. Bir  az təbiəti seyr elədik.

Nəhayət o an gəldi… Açıq hava altında təlim  başladı. Təlim, ekspertlər Əli Hacızadə və Hikmət Hüseynov tərəfindən “İnformasiya müharibəsi dövründə bloqlardan necə istifadə etməli?” mövzusunda keçirildi. Hamı diqqətlə qulaq asırdı. Çox maraqlı keçirdi. Maraqlı olmağı kənardan eşidilən müzakirələrdən hiss olunurdu. Niyə kənardan…….?! Mən o  təlimi  yalnız uzaqdan seyr etdim. Çünki təşkilatçılara  kömək edirdim. Əlimdən gələn köməyi etməyə çalışdım. Hətta naharı hazırlayan Hüseynov  Tələtə də kömək etdim.Təlim qurtardı. Təlimin maraqlı olması iştirakçıların simasından görünürdü.Hamı naharını etdi. Sonra meşədə gəzmədiyim yer qoymadım. Arada at da minməyə vaxt tapdım. Oyunlar oynadıq, müxtəlif  fotolar çəkildi.

Beləcə günün sonuna çatdıq. Artıq İsmayıllıdan ayrılmağın vaxtı gəldi . Çətin də  olsa bunu etməliydik və etdik. Bizim qabaqda da maraqlı anlarımız var idi. Yolda  gələndə kimlərsə bir az yuxuladı, kimlərsə yatdı. Sonra Bakıya çatana kimi “inanırsan-inanmırsan” oynadıq və o ki var güldük 🙂

Bu fərqli və maraqlı gün üçün İRƏLİ İB-ə, bütün təşkilatçılara və  iştirakçılara çox sağ olun deyirəm.                                   11.09.2011

25 MİLYON AVROYA YOX DEDİ.

Bir şərh yazın

          İspaniyanın “Real” komandasının portuqaliyalı baş məşqçisi Joze Maurinyonun fantastik təklifləri rədd etdiyi üzə çıxıb.

İspaniyanın “Marca” qəzetinin verdiyi məlumata görə, bu ilin martında milyarder Süleyman Kərimov sahibi olduğu Mahaçqalanın “Anji” klubuna rəhbərlik etməsi üçün Joze Maurinyoya 1 il üçün 25 milyon avro təklif edib. Ancaq “Real” klubundan getməyi düşünməyən Joze Maurinyo bu təklifi rədd edib, Roberto Karlos və Eto kimi futbolçuları transfer edən Süleyman Kərimov istəyinə çatmayıb.

“Marca” qəzeti yazıb ki, İngiltərənin “Manchester City” klubu da Joze Maurinyo ilə danışıq aparıb. Ancaq portuqaliyalı mütəxəssis bu klubun 20 milyon avroluq təklifini də qəbul etməyib. Türkiyənin “Beşiktaş” klubunun prezidenti Yıldırım Dəmirörən isə Joze Maurinyoya istədiyi rəqəmi yazmasını təklif edib. Ancaq Joze Maurinyo bu fantastik təklif qarşılığında da “Beşiktaş”da çalışmaq istəməyib.

BİLİRDİNİZ ???

Bir şərh yazın

  •    İlk reklam 1477-ci ildə İngiltərədə istehsal olunub.Bu,dua kitabinin reklami idi.
  •    Tarixdə ən qısa müharibə 1896-ci il avqustun 27də Böyük Britaniya ilə Zanzibar arasında baş vermişdir. Bu müharibə 38 dəqiqə davam etmişdir.
  •    İnsan orqanizmində yaşayan bakteriyalar 2 kq təşkil edir.
  •    İnsan orqanizmində yaşayan bakteriyalar 2 kq təşkil edir.
  •    Həyatı boyu insanən hər barmağı 25 milyon dəfə əyilir.
  •    Kitab oxuyarkən hər saniyədə 70 hüceyrə ölür.
  •    Açıq gözlə asqırmaq qeyri-mümkündür.
  •    İnsan ağzında 40 000 bakteriya var.
  •    Burun insanın bütün ömrü boyu inkişaf edir.
  •    İri dəniz xərçəngi olan omarın qanı mavi rəngdədir.
  •    Milçəklərin beş gözü vardır.
  •    Delfinlər bir gözü açıq yatır.

 

“Qızıl Qrand Pri”

Bir şərh yazın

Güləşçilərimiz ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq “Qızıl Qran Pri” turnirinə hazırlıqlarını davam etdirirlər. Kişi pəhlavanlarımızla yanaşı, qadın idmançılarımız da medallara iddialıdırlar. Azərbaycan Güləş Federasiyasının yeni idman zalında məşqlərini davam etdirən qadınlardan ibarət seçmə komandamızın üzvləri “Qızıl Qran Pri” turnirinə səylə hazırlaşırlar. Əcnəbi idmançılarla birgə təşkil olunan təlim-məşq prossesində Rusiya və Böyük Britaniyadan 1, Bolqarıstnadan 2, Yaponiyadan isə 5 güləşçi iştirak edir. Komandamızın lideri Mariya Stadnik “Qızıl Qran Pri” turnirinə hazırlığın yüksək səviyyədə keçdiyini bildirdi. Turnirdə iştirak edəcək heyət tam müəyyənləşdirilməsə də məşqçilərin yarışda Mariya Stadnik, Anjela Doroqan, Yuliya Ratkeviç, Olesya Zamula, Gözəl Zutova, Anna Belyayeva, Nadya Sementsova, Natalya Palamarçuk, Zümrüd QurbanHacıyeva və Dina İvanovaya güvənəcəyi gözlənilir. Zədə səbəbindən uzun müddət yarışlardan kənar qalan Sona Əhmədlinin iştirakı isə sual altındadır. Yetirmələrinin hazırlığını qənaətbəxş hesab edən seçmə komandanın baş məşqçi Rövşən Umudov güləşçilərimizin turnirdə uğurlu nəticə qazanacaqlarına inandığını dedi. Qeyd edək ki, iyulun 8-dən 10-dək Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək “Qızıl Qran Pri” turnirində 34 ölkədən 400-ə yaxın idmançı qüvvəsini sınayacaq. Yarış “İdman Azərbaycan” telekanalında canlı yayımlanacaq.

Hərbi paradda Azərbaycanın Rusiyadan aldığı “S-300” zenit-raket kompleksi də nümayiş olunacaq

Bir şərh yazın

 Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun arsenalındakı ən son model silah və texnikalar nümayiş olunacaq. Gün.Az-ın APA-ya istinadən verdiyi xəbərə əsasən, paradda ilk dəfə olaraq Azərbaycanın Rusiyadan aldığı “S-300” zenit-raket kompleksi də nümayiş olunacaq.

“S-300 PMU2” «Favorit» tipli (NATO kod adı “SA-20b” və ya “Gargoyle b”) bu zenit-raket kompleksi «Azadlıq» meydanında tribuna önündən keçəcək. Daha çox